Rusiyada daşınmaz əmlak alan əcnəbi sahibkarlara yaşayış icazələrinin verilməsi təklif olunur

Rusiyada daşınmaz əmlak alan əcnəbi sahibkarlara yaşayış icazələrinin verilməsi təklif olunur
  • Clock-gray 10:32
  • calendar-gray 14 May 2020

Rusiyanın İqtisadi İnkişaf Nazirliyi əcnəbi sahibkarların əmlak əldə etdikdən sonra Rusiyada yaşayış icazəsi ala biləcəklərinə dair qanun layihəsi hazırlayıb.

"APA-Economics"in "İzvestiya"ya istinadən verdiyi məlumata görə, nazirliyin "Əcnəbi vətəndaşların hüquqi vəziyyəti haqqında" qanuna düzəlişlər hazırlayır.

Bundan başqa, Rusiyada daimi yaşayış statusu əcnəbilərə ölkənin iqtisadi və sosial həyatında maksimum dərəcədə iştirak etmək imkanı verəcək ki, bu da iş mühitinin inkişafı potensialını artıracaq.

Yaşayış icazəsinin alınması üçün investorun hansı mənzilə sahib olması (kommersiya və ya fərdi) hökumət tərəfindən müəyyənləşdiriləcək. Nazirlik əcnəbilər arasında Rusiya vətəndaşlığına olan tələbin artacağını gözləmir.

Qanun layihəsi qəbul olunarsa, o zaman qaydalar gələn ilin iyul ayında qüvvəyə minəcək.

APA-Economics

Digər xəbərlər