Türkiyədə avtomobil istehsalı 16% azalıb

Türkiyədə avtomobil istehsalı 16% azalıb
# 15 mart 2021 14:14 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Türkiyənin avtomobil sənayesində istehsal həcmi illik ifadədə 6,5% azalaraq 222 264 vahid təşkil edib.

"APA-Economics"in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Avtomobil Sənayesi Birliyinin hesabatında bildirilir.

Qeyd olunur ki, avtomobil istehsalı 16% azalaraq 136 882 vahidə enib. Traktor istehsalı nəzərə alınmaqla, yerli avtomobil sənayesinin istehsal həcmi 231 578 vahid təşkil edib.

Fevral ayında avtomobil sənayesində istehsalın həcmi aylıq ifadədə 9,3% azalaraq 116 088 vahidə, avtomobil istehsalı isə 22,4% azalaraq 68 105 vahidə enib.

Yanvar-fevral aylarında avtomobil sənayesinin potensialından 68% istifadə edilib.

Bu ilin ilk iki ayında Türkiyədən avtomobil sənayesinin məhsul ixracı 14% azalaraq 165 476-ya, xüsusilə avtomobil ixracı 27% azalaraq 98 433, traktorların ixracı isə 13% azalaraq 2 315 vahid təşkil edib.

Türk İxracatçılar Şurasının məlumatına görə, yanvar-fevral aylarında avtomobil sənayesi 17% payla Türkiyə ixracatındakı liderliyini qoruyub. Hesabat dövründə avtomobil məhsulları ixracı dollarla 3%, avro ilə isə 12% azalıb.

Ümumiyyətlə, bu sektorun məhsul ixracı yanvar-fevral aylarında dəyər ifadəsində 4,9 mlrd. ABŞ dolları təşkil edib, avtomobillərin ixracı 22% azalaraq 1,6 mlrd. dollara enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR