Vergi ödəyicisi olan fiziki şəxslərin icbari tibbi sığorta ödəməyə başlayacağı müddət uzadılıb

Vergi ödəyicisi olan fiziki şəxslərin icbari tibbi sığorta ödəməyə başlayacağı müddət uzadılıb
# 27 mart 2020 16:45 (UTC +04:00)

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslərin (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) icbari tibbi sığorta ödəməyə başlayacağı müddət uzadılıb.

APA-nın məlumatına görə, bu, “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qüvvədə olan Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri)) 2020-ci il aprelin 1-dən icbari tibbi sığorta ödəməyə başlayacaqdı. Təklif edilən dəyişikliklə bu müddət 9 ay uzadılıb. Yəni həmin şəxslər 2021-ci il yanvarın 1-dən icbari tibbi sığorta ödəməyə başlayacaq.

Qeyd edək ki, həmin şəxslər üçün icbari tibbi sığorta haqları minimum əməkhaqqının 4 faizi həcmində müəyyənləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR