Bakıda Azərbaycan-Almaniya biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Almaniya biznes forumu keçiriləcək
  • Clock-gray 12:07
  • calendar-gray 03 Sentyabr 2019

Sentyabrın 27-də Bakıda növbəti Azərbaycan-Almaniya biznes forumu keçiriləcək. Alman-Azərbaycan Xarici Ticarət Palatasından “APA-Economics”ə verilən məlumata görə, forum Almaniyadan maraq göstərən şirkətləri və Azərbaycanda fəaliyyət göstərən potensial biznes tərəfdaşlarını bir araya gətirəcək. 

Tədbir çərçivəsində yeni birgə layihələrin icrasına baxılacaq. İştirakçılar həmçinin maliyyə və biznes mühiti, nəqliyyat və infrastruktur, kənd təsərrüfatı sahələrində əməkdaşlığı müzakirə edəcəklər.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date