"KamAZ" Azərbaycana 6 mln. dollarlıq avtomobil hissələri satacaq

"KamAZ" Azərbaycana 6 mln. dollarlıq avtomobil hissələri satacaq
# 08 iyul 2019 11:47 (UTC +04:00)

Rusiyanın “KamAZ” şirkəti Azərbaycanın Gəncə Avtomobil Zavodu ilə 400 mln. rubl (6,3 mln. ABŞ dolları) məbləğində avtomobil hissələrinin çatdırılmasına dair müqavilə imzalayıb. “APA-Economics”in xəbərinə görə, bu barədə Rusiya Sənaye Ticarəti Nazirliyi məlumat yayıb.

“Gəncə Avtomobil Zavodu ilə birgə reallaşdırdığımız "KamAZ" avtomobillərinin yığılması layihəsi uğurla həyata keçirilir. "KamAZ" şirkəti həmçinin Azərbaycanda yığılan avtomobil hissələrini “KamAZ-6520” ağır dəmir yük maşınları və “KamAZ-65117” hesabına genişləndirmək imkanını nəzərdən keçirir”, - deyə Rusiya Sənaye Nazirliyinin rəhbəri Denis Manturov bildirib.

Qeyd edək ki, 2018-ci ildə “KamAz” şirkətinin xalis gəliri 2017-ci illə müqayisədə 2,2 dəfə azalaraq 1,6 mlrd. rubla (25 mln. dollar) çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR