Menecment sahəsinin əfsanəsi Dr. İtsxak Adizes Bakıda ilk dəfə çıxış edəcək

Menecment sahəsinin əfsanəsi Dr. İtsxak Adizes Bakıda ilk dəfə çıxış edəcək
  • Clock-gray 12:48
  • calendar-gray 24 Oktyabr 2019

Dünyanın ən nüfuzlu biznes-konsultantlarından biri Doktor İtsxak Adizes Bakıda ilk dəfə çıxış edəcək.

“Gilan Holdinq”dən “APA-Economics”ə verilən məlumata görə, “Volvo”, “Visa”, “Bank of America”, “Coca-Сola”, “Sberbank”, “Sibur” kimi məşhur şirkətlərin rəhbərlərini konsultasiya edən Dr. İtsxak Adizesin iştirakı ilə tədbir noyabrın 8-də Bakıda “Təşkilatın uğur formulu” adlı biznes forum keçiriləcək.

Biznes forumda bazarda lider mövqenin qazanma sirləri, effektiv menecment sisteminin qurulması, uğurlu idarəetmə vasitələrinin tətbiqi üzrə innovativ yanaşmalar müzakirə olunacaq.

İtsxak Adizes ilə yanaşı forumda peşəkar idarəçi, Azərbaycanda Adizes İnstitutunun İdarəedici tərəfdaşı, sahibkarlıq sahəsində 15 illik iş təcrübəsinə malik olan Pavel Belorusski çıxış edəcək. O, biznesin səmərəli və effektiv idarə edilməsi üzrə şəxsi təcrübəsi ilə bölüşəcək.

Biletlər artıq satışdadır. Biletlərin qiyməti, tədbirin proqramı, iştirak şərtləri və spikerlər barədə ətraflı məlumatı tədbirin rəsmi səhifəsində, həmçinin (+994 50) 290 49 79 nömrəsi vasitəsilə əldə etmək olar.

Biznes forum “Gilan Holding”, “PASHA Bank” və “Milla” şirkətlərinin sponsor dəstəyi ilə keçiriləcək.

APA-Economics

Digər xəbərlər

Arxiv

date