Nazir: İnvestisiya təşviqi sənədi sərmayələrin cəlb edilməsində əhəmiyyətli mexanizmdir

Nazir: İnvestisiya təşviqi sənədi sərmayələrin cəlb edilməsində əhəmiyyətli mexanizmdir
  • Clock-gray 15:08
  • calendar-gray 21 Oktyabr 2019

İndiyədək Azərbaycanda 346 sahibkara investisiya dəyəri 3,9 mlrd. manata yaxın olan layihələr üzrə 407 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 2 940 təsdiqedici sənəd verilib.

"APA-Economics"in İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə əlaqədar olaraq İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclasında çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, layihələrin 59%-i sənaye, 40%-i kənd təsərrüfatı, 1%-i isə turizm sahələrini əhatə edir.

"Bu layihələrin icrası nəticəsində 27 mindən çox iş yerinin açılacağı gözlənilir. Artıq 245 sahibkarlıq subyekti üzrə 270 layihə fəaliyyətə başlayıb və 19 minə yaxın iş yeri açılıb", - deyə Ş. Mustafayev qeyd edib.

İnvestisiya təşviqi sənədinin iqtisadiyyata sərmayələrin cəlb edilməsində əhəmiyyətli mexanizm olduğunu qeyd edən İqtisadiyyat naziri bildirib ki, 2019-cu ilin 9 ayında isə sahibkarlara investisiya dəyəri 807,6 mln. manat olan layihələr üzrə 75 investisiya təşviqi sənədi verilib, texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün ümumilikdə 730 təsdiqedici sənəd təqdim edilib.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date