Orxan Məmmədov: "KOBİA mikro və kiçik, xüsusilə də qadın və əlil sahibkarlara böyük dəstək göstərir"

Orxan Məmmədov: "KOBİA mikro və kiçik, xüsusilə də qadın və əlil sahibkarlara böyük dəstək göstərir"
  • Clock-gray 10:52
  • calendar-gray 12 Sentyabr 2019

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) mikro və kiçik sahibkarlara, xüsusilə də qadın və əlil sahibkarlara, startaplara və gənclərə dövlət dəstəyi mexanizmləri və Agentliyin təqdim etdiyi xidmətlər çərçivəsində böyük dəstək göstərir.

"APA-Economics"in məlumatına görə, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları (“Gift & Promo 2019”) və 2-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri (“AdPrint 2019”) sərgilərinin açılış mərasimində çıxış edərkən bildirib.

Onun sözlərinə görə, belə dəstək tədbirlərindən biri də mikro və kiçik sahibkarların ölkədə keçirilən müxtəlif sərgi və festivallarda iştirakının təmin edilməsidir. Burada əsas məqsəd KOB-ların öz məhsul və xidmətlərini təqdim etməsinə, satış imkanlarını genişləndirməsinə, biznes əlaqələri qurmasına dəstək olmaqdır.

Çıxışı zamanı O. Məmmədov qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsi baxımından belə sektoral sərgilərin əhəmiyyətini vurğulayıb, müvafiq sahələrdə xeyli sayda mikro, kiçik və orta biznes subyektlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, sentyabrın 12-də “Bulvar Hotel Bakı”da 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları (“Gift & Promo 2019”) və 2-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri (“AdPrint 2019”) sərgiləri işə başlayıblar.

KOBİA-nın də dəstək göstərdiyi sərgilərdə 50-yə yaxın yerli və xarici şirkətin, o cümlədən mikro və kiçik qadın sahibkarların məhsulları və əl işləri, eləcə də bir sıra sosial sahibkarlıq layihələri təqdim olunur.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date