Səfir: "İsveçrə Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır"

Səfir: "İsveçrə Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır"
  • Clock-gray 13:04
  • calendar-gray 06 Sentyabr 2019

"Hazırda Azərbaycanda tikinti, ticarət, nəqliyyat, xidmət, kənd təsərrüfatı və s. sahələrdə 60 İsveçrə kapitallı şirkət fəaliyyət göstərir".

APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev İsveçrə Konfederasiyasının Azərbaycana və Türkmənistana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre ilə görüşü zamanı bildirib.

Nazir onu da bildirib ki, Azərbaycan Cənubi Qafqazda İsveçrənin əsas ticarət tərəfdaşıdır. 2019-cu ilin yanvar-iyul aylarında iki ölkə arasında ticarət dövriyyəsi 1,3 mlrd. ABŞ dolları təşkil edib. Ölkələr arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması, ticarət-iqtisadi əməkdaşlıq, ikiqat vergitutma və digər sahələrdə 25-ə yaxın sənəd imzalanıb.

Səfir xanım Muriel Peneveyre İsveçrənin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, iqtisadi əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə Azərbaycandakı sənaye parklarında İsveçrə şirkətlərinin iştirakı ilə birgə müəssisələrin yaradılması, enerji, sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.

APA-Economics

Digər xəbərlər

Arxiv

date