Azərbaycanda uyğunluğu qiymətləndirən qurumların akkreditasiya qiymətləri təsdiqlənib

Azərbaycanda uyğunluğu qiymətləndirən qurumların akkreditasiya qiymətləri təsdiqlənib
# 20 iyun 2019 11:40 (UTC +04:00)

Azərbaycan Nazirlər Kabineti “Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsinə görə xidmət haqqının məbləği” təsdiq edib.

APA-Economics”in Nazirlər Kabinetinə istinadən verdiyi məlumata görə, akkreditasiya prosedurunun xidmət haqqı (ƏDV daxil olmaqla) və (“A”, “B”, “C”) uyğun planlaşdırılan iş həcmi nəzərə alınmaqla 800, 1000 və 1500 manat təyin olunub.

Uyğunluğu qiymətləndirən qurumun ilkin və təkrar akkreditasiyasında, akkreditasiya sahəsində dəyişikliklərin edilmə-sində iştirak edən qiymətləndiricilərin 1 saatı üçün xidmət haqqının məbləği 90 manat təyin edilib.

Qərarla həmçinin “Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsi üçün planlaşdırılan iş həcminin xüsusiyyətləri” təsdiq edilib. Sınaq və kalibrləmə laboratoriyalarının akkreditasiyası üçün nəzərə alınan xüsusiyyətlər (müvafiq olaraq “A”, “B”, “C” qrupları ilə müəyyən olunub). Qeyd olunan qruplara daxil olan qiymətləndirilən obyektlərin sayı müvafiq olaraq 1-5, 6-20 və C>20 təşkil etməlidir.

Malın (xidmətin, işin) sertifikatlaşdırılmasını aparan qurumların və inspeksiya xidməti göstərən orqanların akkreditasiyası üçün qiymətləndirilən obyektlərin sayı “A”, “B”, “C” qrupları üzrə müvafiq olaraq 1-5, 6-10 və C>10 təşkil etməlidir.

İdarəetmə sistemlərinin sertifikatlaşdırılmasını aparan qurumun akkreditasiyası üçün qiymətləndirilən obyektlərin sayı qeyd olunan qruplar üzrə müvafiq olaraq 1-2, 3-4 və C>4 təşkil etməlidir. Eyni xüsusiyyətlər işçi heyətinin sertifikatlaşdırılmasını yerinə yetirən qurumların akkreditasiyası və etalon material istehsalçılarının akkreditasiyası üçün də nəzərə tutulub.

Azərbaycan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi uyğunluğu qiymətləndirən qurumun ilkin və təkrar akkreditasiyası, akkreditasiya sahəsində dəyişikliklər edilməsi üçün sərf olunan optimal iş vaxtının müəyyən edilməsi məqsədilə bu sahədə fəaliyyətin müasir tələblərə uyğun təşkilini təmin edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR