Adıgeydən Azərbaycana 20 ton duz idxal edilib

Adıgeydən Azərbaycana 20 ton duz idxal edilib
# 17 sentyabr 2022 14:49 (UTC +04:00)

Adıgey respublikası Azərbaycana 20 ton həcmi olan duzun ilk partiyasını ixrac edib. “APA-Economics” TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın İxraca Dəstək Mərkəzinin rəhbəri Aliy Deduxov deyib.
Onun sözlərinə görə, məhsulun ölkəyə tədarükü ilə bağlı Azərbaycan tərəfi ilə ilkin danışıqlar ötən il “İnterfood Azerbaijan-2021” beynəlxalq qida sənayesi sərgisi çərçivəsində aparılıb.
“Artıq şirkətlər müqavilə imzalayıblar. Məhsullar ilk dəfə olaraq Azərbaycana ixrac edilib”, - deyə Aliy Deduxov qeyd edib.
O İxraca Dəstək Mərkəzinin Azərbaycana biznes missiyası təşkilini planlaşdırıldığını, eləcədə Adıgey və Azərbaycan müəssisələri arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə ümid etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR