“Avrora Qrup”da daha iki baş direktor təyinatı olub - FOTO

“Avrora Qrup”da daha iki baş direktor təyinatı olub - FOTO
# 19 yanvar 2023 13:48 (UTC +04:00)

“Avrora Qrup”da daha iki baş direktor təyinatı olub.

"APA-Economics" xəbər verir ki, Sərxan Rəhimli və Elmir Ağayev şirkətin baş direktorları təyin ediliblər.

Sərxan Rəhimli bundan sonra şirkətdə Marketinq direktorluğu, Rəqəmsal Transformasiyalar direktorluğu və Maliyyə direktorluğuna rəhbərlik edəcək. O, vəzifəsini 2023-cü ilin yanvarından icra etməyə başlayıb. 2020-ci ildən şirkətdə çalışır və bu vaxta qədər “Avrora Qrup”da şirkət təsisçisinin maliyyə məsələləri üzrə müşaviri işləyib. O, bundan öncə Paşa Bankda və İpoteka və Kredit Zəmanəti Fondunda çalışıb.

Elmir Ağayev isə bundan sonra şirkətdə Tədarük Zənciri direktorluğu, İstehsalat direktorluğu və Satış direktorluğuna rəhbərlik edəcək. O, vəzifəsini 2023-cü ilin yanvarından icra etməyə başlayıb. Elmir Ağayev bu vaxta qədər “Avrora Qrup”da Tədarük Zənciri direktoru vəzifəsində çalışıb. Bundan öncə Azərsun Holdinqə daxil olan Sun Food MMC, Bazarstore MMC ve Al Market MMC şirkətlərində yüksək vəzifələrdə çalışıb. 2020-ci ildən “Avrora Qrup”da işləyir.

Xatırladaq ki, Avrora Qrup 1993-cü ildə yaradılıb. Şirkət bazarda distributer və qida istehsalçısı kimi tanınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR