Azərbaycana dərmanların idxalı mayda azalıb

Azərbaycana dərmanların idxalı mayda azalıb
# 22 iyun 2022 16:22 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycana 263 049,49 min ABŞ dolları dəyərində 12 683,41 ton əczaçılıq məhsulları idxal olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2021-ci ilin eyni dövrü ilə müqayisədə idxalın dəyəri 31,7%, həcmi isə 28% atıb.

Bu ilin may ayında ölkəyə 49 313,24 min. dollar dəyərində 2 177,87 ton sözügedən məhsullar idxal edilib ki, bu da aprel ayı ilə müqayisədə dəyər ifadəsində 2,1%, həcm ifadəsində isə 28,6% azdır.

Qeyd edək ki, cari ilin ilk beş ayında əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 5,12%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR