Azərbaycanda ictimai iaşə dövriyyəsi 54% artıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 54% artıb
# 18 iyul 2022 15:13 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 53,8 faiz artaraq 650,9 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,9 faizi hüquqi şəxslərin, 50,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 1,6 dəfə artaraq 322,1 milyon manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR