Azərbaycanda kommersiya qurumlarının sayı 36% artıb

Azərbaycanda kommersiya qurumlarının sayı 36% artıb
# 22 iyul 2022 14:00 (UTC +04:00)

2022-ci ilin iyul ayının 1-nə respublika üzrə uçotda olan 1 363 776 vergi ödəyicisinin 87,6%-i fiziki şəxslər, 12,4%-i isə hüquqi şəxslər və digər təşkilatlardır.

Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin sayı 7,3%, o cümlədən fiziki şəxslərin sayı 7,1% (ümumi artımın 85,3%-i), hüquqi şəxslərin sayı 8,6% (ümumi artımın 14,7%-i) artıb.

Yanvar-iyun ayları ərzində 7 658 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 36% çoxdur. Bu kommersiya qurumlarının 72,7%-i elektron qaydada, 27,3%-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb və onlardan 1308-nin (ümumi qeydiyyatın 17,1%-nin)

ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması ilkin qeydiyyat proseduru çərçivəsində təmin olunub.
2022-ci ilin 6 ayı ərzində qeydiyyatdan keçən kommersiya qurumlarının 77,5%-i yerli investisiyalı, 22,5%-i xarici investisiyalı qurumlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR