Əli Məsimli: “Dövlət şirkətləri özəlləşdirilməlidir”

Əli Məsimli, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini

© APA | Əli Məsimli, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini

# 25 may 2022 12:44 (UTC +04:00)

“Azərbaycan büdcəsinin dövlət şirkətləri tərəfindən səmərəsiz şəkildə istifadə edilməsinin qarşısının alınmasını çox vacib hesab edirəm”.

APA xəbər verir ki, , bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitəsinin sədr müavini Əli Məsimli deyib.

Deputat bildirib ki, dövlət şirkətlərinin özəlləşdirilməsinə gedilməlidir: “Eyni zamanda icbari tibbi sığortanın tətbiqinə büdcədən kifayət qədər vəsait ayrılıb. Mən təklif edirəm ki, orqan transplantasiyası ilə bağlı da büdcədən vəsait ayrılsın. Bu əməliyyatlar kifayət qədər bahalıdır. Hər dəfə həkimlərə seçicilərin problemi ilə bağlı müraciət etmək olmur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR