"Gilan" Azərbaycanın KİV nümayəndələri üçün təlim keçirəcək

"Gilan" Azərbaycanın KİV nümayəndələri üçün təlim keçirəcək
  • Clock-gray 15:13
  • calendar-gray 17 İyul 2019

Azərbaycanda müxtəlif uğurlu layihələrin həyata keçirilməsində dəstək göstərən “Gilan Holding” proaktiv və öz işini sevən KİV nümayəndələri üçün Milli Mətbuat gününə həsr olunmuş “Breaking News!" adlı həftəsonu təlim proqramı təşkil edəcək.

Holdinqdən “APA-Economics”e verilən məlumata görə, təlimin aparıcısı beynəlxalq media üzrə ekspert və konsultant Fil Vordman olacaq. O, “Sky News”, BBC, “Thomson Reuters”, “ITV News” media qurumlarında 30 ildən çox müxtəlif rəhbər vəzifələrində çalışaraq, dünya səviyyəsində tədbirlərin planlaşdırılmasını və işıqlandırılmasını həyata keçirib. Bir çox ölkələrdə peşəkar media təlimləri keçirən Fil Vordman “Gilan Holding”in dəvəti ilə ilk dəfə Azərbaycan jurnalistləri ilə öz təcrübəsini bölüşəcək.

Həmçinin 20-21 iyul tarixlərində “Pullman” hotelində baş tutacaq təlimdə dünya səviyyəsində irimiqyaslı tədbirlərin, biznes və iqtisadiyyat xəbərlərinin işıqlandırılması, məlumatların yoxlanılmasında tətbiq olunan alətlər, mediada rəqəmsal texnologiyaların istifadəsi üzrə ən son həllər müzakirə olunacaq.

Bundan əlavə, müxtəlif tipli xəbərlərin ən effektiv formada yayımlanması, həmçinin aktual hadisələr barədə daima xəbərdar olmağın sirləri və digər maraqlı yeniliklər Fil Vordmanın təqdimatında açıqlanacaq.

Qeyd edək ki, “Əkinçi” qəzetinin nəşrindən bu günə kimi dilimizin zənginliyini bütün dünyaya bəyan edən, Azərbaycanın böyük sərvəti və dəyəri olan milli mətbuatım fəaliyyətinin 144 illiyini qeyd etməyə hazırlaşır.

APA-Economics

Digər xəbərlər

Arxiv

date