Mikayıl Cabbarov: Vergi daxilolmaları ilk dəfə 15 mlrd. manatı ötüb

Mikayıl Cabbarov: Vergi daxilolmaları ilk dəfə  15 mlrd. manatı ötüb
# 28 dekabr 2022 11:23 (UTC +04:00)

İlk dəfədir ki, dekabrın 15-də 15 mlrd. manatdan çox vergi mədaxilini təmin edə bilmişik. İlk dəfə qeyri-neft ixracımız 3 mlrd. dollardan çox olacaq.

"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. Onun sözlərinə görə, 2019-cu ilə qədər bu rəqəm heç vaxt 1,9 mlrd. dollardan çox olmayıb.

"Biz bu prosesin davamlılığını görürük. Hesab edirik ki, əsas məhdudlaşdırıcı, eyni zamanda imkan yaradan sahəmiz məhz iqtisadiyyatımızın məhsuldarlığının artırılmasından keçir. Yəni resursların yalnız ekstensivliyi hesabına deyil, intensivliyi, intensiv istifadəsi hesabınadır ki, bunun da yolu, rəqəmsallaşmadan, optimizasiyadan keçir", - deyə nazir bildirib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR