Ödənişli xidmətlərin dəyəri 7%-dən çox artıb

Ödənişli xidmətlərin dəyəri 7%-dən çox artıb
# 14 sentyabr 2022 12:31 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında ölkə üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,3% artaraq 5641,3 mln. manat olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 4282,9 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,9%-ni təşkil edib.

Cari ilin yanvar-avqust aylarında hər bir ölkə sakini orta hesabla 560,9 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 89,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR