Rəşad Nəbiyev: Hazırki geosiyasi şəraitdə Orta dəhlizin imkanlarından maksimal istifadə etmək lazımdır

Rəşad Nəbiyev: Hazırki geosiyasi şəraitdə Orta dəhlizin imkanlarından maksimal istifadə etmək lazımdır
# 15 mart 2023 11:20 (UTC +04:00)

Hazırki geosiyasi şəraitdə Orta dəhlizin imkanlarından maksimal şəkildə istifadə etmək lazımdır.

"APA-Economics" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Transxəzər Beynəlxalq “Şərq-Qərb” Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi (Data pipeline) üzrə çoxtərəfli görüşdə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda nəqliyyatda yüklərin daşınması istiqamətində müxtəlif işlər görülüb. Belə ki, yük təyyarələri, gəmi potensialının artırılması sahəsində böyük işlər görülüb. Bakı-Tbilisi-Qars dəmir yolu xətti tikilib və istifadəyə verilib, bu xəttin nəqletmə gücünün artırılması istiqamətində də işlər aparılır.

Nazir onu da qeyd ediı ki, ötən il tranzit daşımalar kəskin artıb, lakin buna baxmayaraq bir sıra infrastrur çatışmamazlıqları hələ də var və onların aradan qaldırılması istiqamətdə birgə çalışmaq lazımdır. Nəqliyyat və infrastruktur potensialının artırılması ilə yanaşı, dəhliz çərçivəsində koordinasiya məsələləri də çox vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR