Rusiyada xarici avtomobillər martın əvvəlindən 16% bahalaşıb

Rusiyada xarici avtomobillər martın əvvəlindən 16% bahalaşıb
# 17 mart 2022 11:19 (UTC +04:00)

Martın 5-dən martın 11-dək Rusiya Federasiyasına idxal edilən və yerli istehsal olunan xarici markalı avtomobillər ortalama 6,9% bahalaşıb. Eyni zamanda, ayın əvvəlindən bəri xarici avtomobillərin qiyməti 15,9% artıb ki, bu da bütün 2021-ci il üzrə artım tempindən çoxdur.

"APA-Economics" xəbər verir ki, bu barədə "Rosstat"ın məlumatında deyilir.

Daha əvvəl "Rosstat" bildirmişdi ki, fevralın 25-dən martın 4-dək Rusiya avtomobilləri birdən-birə 17,1%, xarici avtomobillər isə 15,2% bahalaşıb.

Növbəti həftədə avtomobillərin qiymətində artım səngiyib. Xarici avtomobillər üzrə 6,9%-dək, satışının əhəmiyyətli həcmi "AvtoVAZ"ın yerli avtomobillər üzrə isə 0,4%-dək.

Martın əvvəlindən Rusiya avtomobillərinin qiyməti orta hesabla 9,9%, xarici avtomobillərin qiyməti 15,9%, 2022-ci ilin əvvəlindən müvafiq olaraq 12,4% və 19,9% artıb.

"Rosstat"ın məlumatına görə, 2021-ci il ərzində Rusiya avtomobilləri 19,6%, xarici avtomobillər isə 14,4% bahalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR