Türkiyə şirkətləri Zəngilandakı "Dostluq Aqroparkı"na 120 milyon dollar yatırım edəcəklər

Türkiyə şirkətləri Zəngilandakı "Dostluq Aqroparkı"na 120 milyon dollar yatırım edəcəklər
# 17 noyabr 2022 14:58 (UTC +04:00)

Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumuna qatılan 12-yə yaxın Türkiyə şirkəti Qarabağın bərpasında yer almaq, yatırım etmək istəyir.

Bunu "APA-Economics"ə açıqlamasında İslam Gənclər Forumunun prezidenti Taha Ayhan deyib.

T.Ayhan qeyd edib ki, hazırda Qarabağda hava limanı, yol tikintisi, infrastruktur layihələrində, o cümlədən Türkiyə ilə Azərbaycanın ortaq layihəsi olan Zəngilanda yerləşən "Dostluq aqroparkı"nda 16-ya yaxın Türkiyə şirkəti iştirak edir.

"Yeni yaradılan "Dostluq Aqroparkı"na 120 milyon dollar yatırımın olacağı gözlənilir" - T.Ayhan əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR