Xırdalanda yeni tikilən “BLUE CITY” Yaşayış Kompleksindən Türkiyəyə dəstək - FOTO

Xırdalanda yeni tikilən “BLUE CITY” Yaşayış Kompleksindən Türkiyəyə dəstək - FOTO
# 13 fevral 2023 16:50 (UTC +04:00)

Türkiyədə baş vermiş zəlzələnin təsiri ilə çoxsayda insanın həlak olduğu hadisənin dərin hüznünü bir qardaş ölkə olaraq bir yaşayırıq. Hər gün gələn xəbərlərlə də sarsılmamaq mümkün deyildir. Uşaqdan böyüyə hər kəs bu acı hadisənin verdiyi zərərlərə tab gətirməyə çalışır. Qardaş ölkə olaraq isə hər zaman Türkiyənin yanındayıq!

Yaralarınızı sarmağa kömək olması ümidilə şirkətimiz adından zəlzələnin ilk günlərindən bəri hadisə baş verən bölgələrə 550 000 TL məbləğində isti geyim, ərzaq, texniki avadanlıqlar və s. olmaqla təcili humanitar yardımlar göstərilmişdir. 300 000 TL pul məbləği isə ianə hesabına köçürülmüşdür. Toplamda 850 000 TL yardım göndərən “Blue City” ailəsi adından zəlzələdə həyatını itirən insanlara Allahdan rəhmət diləyir, yaxınlarına səbir, yaralılara tezliklə sağalmalarını, dağıntılar altında qalan insanların isə tezliklə qurtulmalarını arzu edirik!

Bu çətin günlər tezliklə keçəcək, can Türkiyəm!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR