"S&P": Liviyanın neft ixracının dayandırması Azərbaycan neftinin qiymətini artıra bilər

"S&P": Liviyanın neft ixracının dayandırması Azərbaycan neftinin qiymətini artıra bilər
# 21 yanvar 2020 15:33 (UTC +04:00)

Liviyanın neft ixracının dayandırması "Azeri Light" (CIF) markalı neftin qiymətini artıra bilər.

"APA-Economics"in "S&P Global Platts"a istinadən verdiyi məlumata görə, Liviyanın əsas neft yataqları və ixrac terminalları gərgin siyasi vəziyyət səbəbindən bağlı qalmağa davam edərsə, ölkə xam neft hasilatını 10 dəfədən çox azaltmağa məcbur olacaq və bu da Azərbaycanın "Azeri Light" (CIF) markalı neftinin qiymətinin artmasına gətirib çıxaracaq.

Bundan əlavə, Əlcəzairin "Saharan Blend" və Qazaxıstanın "CPC Blend" markalı neftinin qiymətlərinin də artması gözlənilir.

Qeyd edək ki, bir həftə öncə başlayan blokadayadək OPEC-in üzvü olan Liviyanın gündəlik xam neft istehsalı təqribən 1,2 mln. barel təşkil edirdi. "S&P Global Platts"ın məlumatına görə, belə bir mühüm keyfiyyətli xam neft ixracatçısının bazardan çıxması neftə olan qiymətləri artıq yanvarın 20-dən etibarən artırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR