Ötən həftənin yekunlarına görə (13-17 iyul), ABŞ-ın kommersiya neft ehtiyatları 4,89 mln. barel artaraq 536,58 mln. barel təşkil edib.
"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 2,09 mln. barel azalacağını proqnozlaşdırırdı.
Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.