ABŞ-ın neft ehtiyatları artıb - RƏSMİ

ABŞ-ın neft ehtiyatları artıb - RƏSMİ
# 10 sentyabr 2020 19:45 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 2,033 mln. barel artaraq sentyabrın 4-nə 500,434 mln. barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 3 mln. barel azalacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR