ABŞ-ın neft ehtiyatları kəskin azalıb – RƏSMİ

ABŞ-ın neft ehtiyatları kəskin azalıb –  RƏSMİ
# 30 iyul 2020 10:04 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə (20-24 iyul), ABŞ-ın kommersiya neft ehtiyatları 10,61 mln. barel azalaraq 525,97 mln. barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 0,36 mln. barel artacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR