Aİ 2020-2022-ci illər üzrə neftin qiymətləri ilə bağlı proqnozunu açıqlayıb

Aİ 2020-2022-ci illər üzrə neftin qiymətləri ilə bağlı proqnozunu açıqlayıb
  • Clock-gray 14:59
  • calendar-gray 05 Noyabr 2020

Avropa İttifaqı (Aİ) 2020-2022-ci illərdə neft qiymətlərinin proqnozunu açıqlayıb.

"APA-Economics" Avropa Komissiyasının payız proqnozuna istinadən xəbər verir ki, 2020-2022-ci illərdə neft qiymətlərinin bir barel üçün 42,6-46,4 ABŞ dollar arasında qalacağı gözlənilir.

Hesabata əsasən, yaz aylarında yenilənmiş və genişləndirilmiş "OPEC+" razılaşmasının yerinə yetirilməsi, ABŞ-da və digər ölkələrdə daha bahalı məhsul istehsalçıların bazardan getməsi və koronavirusla bağlı məhdudiyyətlərin yumşaldılması ilə bağlı istehlakın canlanması qiymətlərin qismən bərpasına və bir barel üçün 40 ABŞ dolları civarında formalaşmasına imkan yaradıb.

"Bununla birlikdə, son indikatorlar onu göstərir ki, neftə olan tələbatın bərpası yavaşlayır, bu da kommersiya neft ehtiyatların azaldılması və qiymətlərin artması imkanlarını məhdudlaşdırır", - hesabatda deyilir.

Emil İsmayılov

Digər xəbərlər