AYİB ötən il üzv ölkələrə rekord 11 mlrd. avro investisiya yatırıb

AYİB ötən il üzv ölkələrə rekord 11 mlrd. avro investisiya yatırıb
# 15 yanvar 2021 10:11 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2020-ci ildə COVID-19 pandemiyası şəraitində 38 üzv ölkəyə 411 layihə üzrə 11 mlrd. avro həcmində investisiya yatırıb.

"APA-Economics"in AYİB-ə istinadən verdiyi məlumata görə, bankın yatırımlarının 2019-cu illə müqayisədə 10% artmasının əsas səbəblərindən biri kimi, üzv ölkələrində bizneslərin COVID-19 pandemiyası ilə mübarizədə daha çox maliyyə köməyinə ehtiyac olması göstərilir. Bank təkcə özünün ticarətin maliyyələşdirilməsi proqramı çərçivəsində bizneslərə 3,3 mlrd. avro ayırıb.

Azərbaycanında yerləşdiyi Şərqi Avropa və Qafqaz regionuna gəldikdə, buraya AYİB-in yatırımları azalıb. 2020-ci ildə sözügedən regionda bank 1,93 mlrd. avroluq investisiya yatırıb ki, bu da 2019-cu il ilə müqayisədə 6,3% azdır.

Qeyd edək ki, 2020-ci il ərzində AYİB Azərbaycana 6 layihə üzrə 17 mln. avro həcmində investisiya yatırıb. Hazırda bankın Azərbaycandakı aktiv portfelinin həcmi 36 layihə üzrə 1,994 mlrd. avroya bərabərdir və buraya ödənilməmiş öhdəliklər də daxildir.

Xatırladaq ki, bu günə qədər AYİB Azərbaycana 175 layihə üzrə 3,123 mlrd. avro həcmində investisiya yatırıb. Ümumi investisiyaların 23%-i özəl sektorun payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR