AZAL daha 201 nəfər Azərbaycan vətəndaşını Moskvadan Bakıya gətirib

AZAL daha 201 nəfər Azərbaycan vətəndaşını Moskvadan Bakıya gətirib
# 26 iyul 2020 21:47 (UTC +04:00)

Azərbaycanın Milli aviadaşıyıcısı iyulun 26-da növbəti çarter reysi ilə Moskvadan "COVID-19" koronavirus pandemiyası səbəbindən Rusiyada qalmış soydaşlarımızı Vətənə gətirib.

AZAl-dan APA-ya verilən məlumata görə, sözügedən reyslə 201 nəfər soydaşımız Azərbaycana gətirilib.

Reysə yalnız "COVID-19" testinin mənfi nəticəsini bildirən arayış təqdim edən sərnişinlər buraxılıb.

Bakıya gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar.

Xatırladaq ki, çarter reysləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanmış plana əsasən həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR