Ağstafanın elektrik enerjisi şəbəkəsi yenilənir

Ağstafanın elektrik enerjisi şəbəkəsi yenilənir
# 22 fevral 2021 17:59 (UTC +04:00)

Ağstafa rayonunun Poylu kəndinin elektrik enerjisi təsərrüfatı yenilənib.

"Azərişıq" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, kəndin girişində yerləşən və uzun müddətdir istismar olunan köhnə transformator yenisi ilə əvəz olunub, yeni kabellər çəkilib.

Rayon elektrik enerjisi şəbəkəsinin yenilənməsi işləri bundan sonra da davam edəcək ki, bu da istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdıracaq.

Xatırladaq ki, "Azərişıq" hazırda "Azərişıq Qarabağda" layihəsi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə elektrik enerjisi infrastrukturunu yeniləməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR