Aleksandr Novak: "Neft qiymətlərinin bərpası bir neçə ay çəkə bilər"

Aleksandr Novak: "Neft qiymətlərinin bərpası bir neçə ay çəkə bilər"
# 10 mart 2020 14:32 (UTC +04:00)

Bazar ertəsi neft qiymətlərinin çökməsi, ilk növbədə, Səudiyyə Ərəbistanın "Saudi Aramco" dövlət şirkətinin neft hasilatı və qiymətləri ilə bağlı mövqeyi haqqında yayılan xəbərlərlə əlaqədardır.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak deyib

"Əlbəttə, bazarlar buna çox sərt reaksiya verdi. Buna baxmayaraq, bu gün bazarlar qismən bərpa olunub – təxminən 7%. Görək, vəziyyət necə inkişaf edəcək, lakin mənə elə gəlir ki, dünənki çaxnaşma əhval-ruhiyyəsi bir qədər düzəlib və bazar daha balanslaşmış vəziyyətdədir", - deyə A. Novak qeyd edib.

Onun fikrincə, neft qiymətlərinin bərpası bir neçə ay çəkə bilər.

Xatırladaq ki, martın 6-da "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin Vyanada keçirilən rəsmi iclası zamanı aparılan danışıqlar uğursuzluqla nəticələnib. Rusiya koronavirusla əlaqəli vəziyyətə cavab olaraq neft hasilatını bir qədər də da azaltmaq təklifini qəbul etməyib. Rusiya hazırkı razılaşmanı sadəcə cari ilin II rübünün sonunadək uzatmağa hazır olduğunu bildirib. Nəticədə, aprelin 1-dən əvvəlki alyans üzvlərindən heç biri hasilatı məhdudlaşdırmaq öhdəliyini daşımır və Səudiyyə Ərəbistanı, mediada yayılan məlumatlara görə, hasilatı artırmaq və neftin qiymətini aşağı salmaq niyyətində olduğunu açıqlayıb.

Qeyd edək ki, OPEC ölkələri qurumun rəsmi iclasından sonra "OPEC+" təşəbbüsü çərçivəsində bu ilin sonunadək gündəlik neft hasilatını daha 1,5 mln. barel azaldılmasını tövsiyə edib.

Əlavə etmək lazımdır ki, 2019-cu ilin 6 dekabr tarixində Vyanada keçirilən OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da "OPEC+" üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 mln. barelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi "OPEC+" ölkələri arasında proporsional qaydada aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR