Avropanın qaz anbarlarındakı ehtiyatlar kəskin azalıb

Avropanın qaz anbarlarındakı ehtiyatlar kəskin azalıb
# 19 fevral 2021 16:32 (UTC +04:00)

Soyuq hava şəraitində Avropa ölkələri yeraltı qaz anbarlarındakı ehtiyatların aktiv istifadəsini davam etdirir. Belə ki, Avropada yerləşən yeraltı qaz anbarlarından artıq 55,5 mlrd. kubmetr qaz çıxarılıb, bu da ötən qış ərzində qeydə alının göstəricidən 27,6% çoxdur.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı "Qazprom" şirkətinə istinadən xəbər verir.

Məlumata görə, əgər 11 gün əvvəl Avropadakı yeraltı qaz anbarlarının dolum səviyyəsi 50%-ə yaxın idisə, hazırda bu göstərici 40%-dən aşağıdır.

Qeyd olunur ki, bu göstəricilər 2021-ci ildə "Qazprom"un qazına olacaq tələbata müsbət perspektivlər açır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR