"Azeri Light" nefti həftə ərzində 3 dollardan çox ucuzlaşıb

"Azeri Light" nefti həftə ərzində 3 dollardan çox ucuzlaşıb
# 05 oktyabr 2020 10:00 (UTC +04:00)

Ötən həftə ərzində (28 sentyabr – 2 oktyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin orta qiyməti 3,2 ABŞ dolları və ya 7,62% azalıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində orta hesabla 40,29 dollara bərabər olub. Həftə ərzində ən yüksək göstərici – 42,04 dollar təşkil edib, ən minimal göstərici isə 38,84 dollar səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR