Azərbaycan Gürcüstana elektrik enerjisi ixracını 30% artırıb

Azərbaycan Gürcüstana elektrik enerjisi ixracını 30% artırıb
# 13 mart 2020 19:05 (UTC +04:00)

Azərbaycan fevralda Gürcüstana 179 419 872.7 KvS elektrik enerjisi ixrac edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Elektrik Enerjisi Sisteminin Kommersiya Operatorunun (ESCO) hesabatında məlumat verilib. Bildirilib ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 41,725,465.4 KvS və ya 30.3% çoxdur.

Bu ilin ilk iki ayı ərzində Gürcüstanın ümumi elektrik enerjisi idxalı 526.30 mln. KvS təşkil edib ki, bunun da 48.7%-i və ya 256 874 609.6 KvS elektrik Azərbaycanın payına düşüb. Hesabat dövründə Rusiya Gürcüstanın əsas elektrik enerjisi təchizatçısı olub -269.423mln. KvS.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR