Azərbaycan elektrik enerjisinin ixracını artırıb

Azərbaycan elektrik enerjisinin ixracını artırıb
# 18 mart 2021 10:26 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 16 084,27 min ABŞ dolları 404 024,93 min kVt-saat elektrik enerjisi ixrac edib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,9% azalıb, həcmi isə 7,8% artıb.

Xatırladaq ki, ötən il Azərbaycan 59 802,34 min ABŞ dolları dəyərində 1 323 516,99 min kVt-saat elektrik enerjisi ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin dəyəri 2019-cu ilin göstəricisi ilə müqayisədə 22,2%, həcmi isə 25,3% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR