Azərbaycan əmtəəlik qaz hasilatını 15% artırıb

Azərbaycan əmtəəlik qaz hasilatını 15% artırıb
# 15 iyul 2020 18:18 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 11,3 mlrd. manat olmaqla, əvvəlki ilin yanvar-iyun aylarına nisbətən 3% azalıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 17,8 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 13,8 mlrd. kubmetr təşkil edib.

Məlumata əsasən, ötən ilin göstəriciləri ilə müqayisədə əmtəəlik neft hasilatı 4,9% azalıb, əmtəəlik qaz hasilatı isə 14,9% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR