Azərbaycan əmtəəlik qaz istehsalını 8% artırıb

Azərbaycan əmtəəlik qaz istehsalını 8% artırıb
  • Clock-gray 09:37
  • calendar-gray 18 Fevral 2021

Bu ilin yanvar ayında Azərbaycanda 3 080,6 min ton neft hasil edilib, bu da illik müqayisədə 3,9% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ölkədə istehsal edilən neftin 3 075 min tonu (4% azalma) əmtəəlik məhsulun payına düşüb.

Məlumata görə, yanvar ayında Azərbaycanda 3 518,4 mln. kubmetr qaz hasil edilib, bu da 0,6% artım deməkdir. Bununla yanaşı, respublikada əmtəəlik qazın istehsalı 7,9% artaraq 2 604,4 mln. kubmetr olub.

Emil İsmayılov

Digər xəbərlər