Azərbaycan neft məhsullarının ixracını 16% artırıb

Azərbaycan neft məhsullarının ixracını 16% artırıb
  • Clock-gray 12:31
  • calendar-gray 16 İyul 2020

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 162 928,54 min ABŞ dolları dəyərində 606 553,31 ton neft məhsulları ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 37,6% azalıb, həcmi isə 16,4% artıb.

Xatırladaq ki, 2019-cu il ərzində Azərbaycan 462 789,87 min dollar (11,1% azalma) dəyərində 979 717,81 ton neft məhsulları (3,5% azalma) ixrac edib.

Emil İsmayılov

Digər xəbərlər