Azərbaycan neftinin əsas idxalçılarının renkinqi - TOP-10

Azərbaycan neftinin əsas idxalçılarının renkinqi - TOP-10
# 04 sentyabr 2020 16:55 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 15 343 452,45 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,1% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, dəyər ifadəsində 5,34 mlrd. dollar məbləğində xam neft ixrac olunub təşkil edib. Hesabat dövründə Azərbaycan xam neftinin əsas ixracatçısı İtaliyaya olub. Azərbaycan İtaliyaya yanvar-iyunda 2,4 mlrd. dollar dəyərində 5 959 479,7 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

MDB ölkələri arasında Azərbaycan neftinin idxalında əsas pay sahibi Ukrayna olub. Bu ilin altı ayı ərzində Ukrayna Azərbaycandan 202,13 mln. dollar dəyərində 764 528,9 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları idxal edib.

"APA-Economics" bu ilin ilk yarısında Azərbaycanın xam neftinin əsas idxalçılarının renkinqini hazırlayıb:

#

Ölkə

Həcm, ton

Məbləğ, mln. dollar

Dinamika, %

1

İtaliya

5 959 479,7

2 440,41

5,2

2

Çin

1 392 236,2

217,98

6,2

3

Xorvatiya

852 657,9

242,93

3,3 dəfə

4

İsrail

809 101,7

324,74

-29,1

5

Hindistan

773 700,1

282,90

-37,9

6

Ukrayna

764 528,9

202,13

2,3 dəfə

7

Yunanıstan

609 361,3

233,21

3,6 dəfə

8

Vyetnam

518 793

132,7

3,7 dəfə

9

Çexiya

396 193,3

158,83

-41,6

10

İspaniya

374 887,1

128,74

-2,4 dəfə

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR