Azərbaycan yanvar-fevralda 47 mln. dollarlıq neft məhsulları ixrac edib

Azərbaycan yanvar-fevralda 47 mln. dollarlıq neft məhsulları ixrac edib
# 16 mart 2021 15:05 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 46 693,23 min ABŞ dolları dəyərində 123 572,28 ton neft məhsulları ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 28,62%, həcmi isə 15,86% azalıb.

Xatırladaq ki, ötən il Azərbaycan 295 114,95 min ABŞ dolları dəyərində 1 063 868,13 ton neft məhsulları ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2019-cu ilin göstəricisi ilə müqayisədə 36,2% azalıb, həcmi isə 8,6% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR