Azərbaycanda İES-lər ötən il 5 mlrd. kubmetrdən çox qaz istifadə edib

Azərbaycanda İES-lər ötən il 5 mlrd. kubmetrdən çox qaz istifadə edib
# 11 mart 2021 15:59 (UTC +04:00)

Ötən il "Azərenerji" QSC-nin balansında olan İstilik Elektrik Stansiyaları (İES) tərəfindən 5 001 mln. kubmetr qaz istifadə edilib.

"APA-Economics"in xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabata əsasən, "Azərenerji" üzrə 1 kVt-saat elektrik enerjisinin istehsalına şərti yanacaq sərfi 2019-cu illə müqayisədə 2,6% azalaraq 263,8 qram təşkil edib, bu da 154,8 min ton şərti yanacağa və ya 135,3 mln. kubmetr təbii qaza qənaət olunmasını və müvafiq həcmdə istilik effekti yaradan qazların atmosferə atılmasının qarşısının alınmasını təmin edib.

Qeyd olunur ki, ötən il İES-lər 22 142,5 mln. kVt-saat elektrik enerjisi istehsal ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR