Ötən il Azərbaycandakı Külək Elektrik Stansiyalarında 96,1 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövrü ölkədə Günəş Elektrik Stansiyalarında 46,9 mln. kVt·st elektrik enerjisi istehsal olunub.
Məlumata görə, 2020-ci ildə Azərbaycanda Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 200,6 mln. kVt·st elektrik enerjisi istehsal edilib.