Azərbaycanın Gürcüstana qaz ixracı artıb

Azərbaycanın Gürcüstana qaz ixracı artıb
  • Clock-gray 11:02
  • calendar-gray 22 Yanvar 2020

2019-cu ildə Gürcüstanın Azərbaycandan karbohidrogen qazlarının idxalının həcmi əvvəlki illə müqayisədə 3,6% və ya 59 914,7 ton artaraq 1 723 048 tona çatıb.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib. Bildirilib ki, hesabat dövründə idxal edilən məhsula görə Gürcüstan tərəfinin etdiyi ödəniş 286 210,5 min ABŞ dolları təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 12 278,3 min dollar və ya 4,5% çoxdur. Belə ki, 2018-ci ildə bu məbləğ 273 932,2 min dollar təşkil edib.

Səid Babazadə

Digər xəbərlər