Azərbaycanın neft-qaz sektoruna sərmayələr 20% artıb

Azərbaycanın neft-qaz sektoruna sərmayələr 20% artıb
# 12 iyun 2020 15:08 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanın neft-qaz sektoruna 2 301,2 mln. manat həcmində vəsait yönəldilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,1% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2019-cu ilin yanvar-may aylarında ölkənin neft-qaz sektoruna 1 916,7 mln. manat yönəldilib.

Qeyd edək ki, ötən beş il ərzində (2015-2019-cu illərdə) Azərbaycanın neft-qaz sektoruna 35 665,1 mln. manat həcmində vəsait yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR