BP-nin Azərbaycanda satınalma, texniki xidmət və anbar fəaliyyətlərini idarə edəcək şirkət məlum olub

BP-nin Azərbaycanda satınalma, texniki xidmət və anbar fəaliyyətlərini idarə edəcək şirkət məlum olub
# 20 avqust 2020 10:10 (UTC +04:00)

"SOCAR AQŞ" və Böyük Britaniyanın "KCA Deutag" şirkətinin birgə müəssisəsi olan "Turan Qazma və Mühəndislik" şirkəti "BP Exploration (Caspian Sea) Limited" ilə satınalma, texniki xidmət və anbar fəaliyyətlərini idarəetmə üçün müqaviləyə düzəlişi nəzərdə tutan saziş imzalayıb.

"SOCAR AQŞ"dən "APA-Economics"ə verilən məlumata görə, iyunun 15-dən qüvvəyə minən saziş "Turan Qazma və Mühəndislik" birgə müəssisəsinin SAP xidmət sistemini, quyuların satınalma fəaliyyətini, BP Qlobal Quyular Təşkilatının Azərbaycanda anbar və anbar fəaliyyətini idarəetməni nəzərdə tutur.

Şirkət bu fəaliyyət üçün əlavə olaraq 71 nəfəri işə götürüb, onlardan 69 nəfəri Azərbaycan vətəndaşıdır.

Dəyişikliyin dəyəri 120 mln. ABŞ dollar təşkil edir və 2019-cu ildə BP və "Turan Qazma və Mühəndislik" şirkətinin imzaladığı BP-nin operatoru olduğu 7 platformada qazma qurğularının əməliyyatları və texniki baxışını nəzərdə tutan müqaviləyə şamil olunur. Müqavilənin müddəti 2 il uzanma mümkünlüyü ilə 5 il təşkil edir.

Xatırladaq ki, "Turan Qazma və Mühəndislik" birgə müəssisəsi 2018-ci ilin iyul ayında təsis olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR