Bakıda bu il sənaye istehsalının həcmi 11 mlrd. manata yaxın olub

Bakıda bu il sənaye istehsalının həcmi 11 mlrd. manata yaxın olub
# 22 may 2020 16:40 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 10,6 mlrd. manat təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 18,5% azdır.

Bakı Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, sənaye məhsulunun 76,1% mədənçıxarma, 21% emal, 2,2% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 78,7% olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 85%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 15% təşkil edib.

Məlumata əsasən, istehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 may 2020-ci il vəziyyətinə 257,4 mln. manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 74,6 mmln. manat məbləğində digər məhsullar da mövcud olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR