Bakıda elektrik enerjisinin istehsalı kəskin artıb

Bakıda elektrik enerjisinin istehsalı kəskin artıb
  • Clock-gray 11:30
  • calendar-gray 04 Noyabr 2020

Bu ilin yanvar-sentyabr aylarında Bakı şəhəri üzrə elektrik enerjisinin istehsalı 5 325,9 mln. kVt-saat təşkil edib ki, bu da illik müqayisədə 52,8% çoxdur.

Bakı Şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən il Bakı üzrə elektrik enerjisi istehsalı 3 485,1 mln. kVt-saat səviyyəsində olub.

Qeyd edək ki, 2019-cu ildə bu göstərici 5 252,1 mln. kVt-saat təşkil edib, bu da əvvəlki ilə nisbətən 14,3% çoxdur. 

Emil İsmayılov

Digər xəbərlər