Bakıda sənaye istehsalı 3,4% azalıb

Bakıda sənaye istehsalı 3,4% azalıb
  • Clock-gray 18:00
  • calendar-gray 25 Sentyabr 2020

Bu ilin yanvar-avqust aylarında Bakı şəhəri üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4% azalaraq 19,7 mlrd. manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, sənaye məhsulunun 74,3%-i mədənçıxarma, 22,8%-i emal, 2,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 78,4% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 85,7%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 14,3% təşkil edib.

"İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 sentyabr 2020-ci il vəziyyətinə 311,4 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 85 mln. manat məbləğində digər məhsullar da mövcud olub", - dəyə idarədən bildirilib.

APA-Economics

Digər xəbərlər