Bakıda sənaye istehsalı azalıb

Bakıda sənaye istehsalı azalıb
  • Clock-gray 11:45
  • calendar-gray 04 Mart 2021

Bu ilin yanvar ayında Bakı üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 2,9 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 17,1% azdır. 

Bakı Şəhər Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, sənaye məhsulunun 78,7%-i mədənçıxarma, 18,4%-i emal, 2,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Məlumata görə, istehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 fevral 2021-ci il vəziyyətinə 375,3 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 80,9 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

Emil İsmayılov

Digər xəbərlər